Press "Enter" to skip to content

ABŞ-ın Kaliforniya ştatından olan 25 yaşlı Deleyn İvanovski Con adlı atasına gizlicə böyrəyini verib və onun həyatını xilas edib.

Atasından xəbərsiz ona böyrəyini verdi – VİDEO

ABŞ-ın Kaliforniya ştatından olan 25 yaşlı Deleyn İvanovski Con adlı atasına gizlicə böyrəyini verib və onun həyatını xilas edib.

Milli.Az bildirir ki, bu barədə KMOV məlumat yayıb.

Bir il əvvəl Con immunoqlobulin A çatışmazlığından əziyyət çəkməyə başlayıb və bu, immun sisteminin həddindən artıq aktivləşməsinə səbəb olub. Bu da öz növbəsində kişinin böyrəklərinin işinə mənfi təsir göstərib. Con hər gün çoxlu saatlarla dializ keçirməyə başlayıb. “Həmin anda dərhal düşündüm: niyə böyrəyimi ona verməyim?” Deleyn xatırlayıb. Ata qızının təklifindən imtina edib, lakin o, yenə də onun donoru olmaq və transplantasiyadan sonra bu barədə danışmaq qərarına gəlib.

Qız Conun koordinatoru ilə əlaqə saxlayıb və böyrəyini vermək istədiyini bildirib. Səkkiz aylıq gözləmədən və çoxlu müayinələrdən sonra cərrahlar transplantasiyanı uğurla həyata keçiriblər.

Anonim donordan böyrəy aldığına əmin olan Con, Deleyn xəstəxana xalatında otağına girəndə əməliyyatdan sonra sağalırdı. Qızının ona orqan bağışladığını anlayan kişi göz yaşlarına boğulub.

Con etiraf edib ki, onun donoru olmaq qərarına görə Deleynə minnətdardır. Əməliyyatdan sonra onun artıq dializ prosedurlarından keçməsinə ehtiyac qalmayıb. “Əgər bir böyrəyinizi bağışlamaq fikrindəsinizsə, bilin ki, bu, dünyada verə biləcəyiniz ən böyük hədiyyələrdən biridir. Bu, həyat vermək kimidir”, – o deyib.

İrfan Vəliyev
Milli.Az